AZ

"Bayer Münhen"in qapıçısı ailə faciəsi yaşadı

Almaniyanın “Bayern Münhen” klubunun təcrübəli qapıçısı Sven Ulrayx ailəsində ağır faciə ilə üzləşib.

Fanat.Az xəbər verir ki, 36 yaşlı futbolçu sosial media hesabı vasitəsilə oğlunun ciddi xəstəlik səbəbilə vəfat etdiyini izləyiciləri ilə bölüşüb.

Dərin kədər içində olan Ulrayx, paylaşımında bu çətin dövrdə göstərilən dəstəyə görə təşəkkür edib. O, ailəsinin yaşadığı ağrını sözlə ifadə etməyin çətin olduğunu bildirib.

“Bayern Münhen” isə klubun uzunillik üzvü olan qapıçıya həm mənəvi, həm də peşəkar dəstəyini əsirgəməyib. Münhen təmsilçisi insaniyyət və həmrəylik nümayiş etdirərək Ulrayxla birillik yeni müqavilə imzalayıb. Klub rəhbərliyi bu qərarın həm futbolçunun karyerasını davam etdirməsinə imkan yaratmaq, həm də bu ağır dönəmdə ona dayaq olmaq məqsədi daşıdığını bəyan edib.

Qeyd edək ki, Ulrayx 2015-ci ildən etibarən "Bayern Münhen"in heyətində çıxış edir.

Kamil Xudiyev

Seçilən
55
fanat.az

1Mənbələr