AZ

Baş Şirvan kollektorunda ata və oğul boğuldu


Baş Şirvan kollektorunda iki nəfər boğulub.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə kollektorun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki nəfər (ata və oğul) kanalda boğulub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən axtarışlar aparılır. Əlavə məlumat veriləcək.


Seçilən
78
11
news24.az

10Mənbələr