AZ

Hakan Fidan HƏMAS heyəti ilə Qəzzzadakı vəziyyəti müzakirə edib

BAKI, TurkicWorld

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, bu gün İstanbulda HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi HƏMAS heyəti ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Qəzzadakı son vəziyyət və Qəzzaya humanitar yardımın çatdırılması müzakirə olunub. HƏMAS heyəti Qəzzaya göndərilən humanitar yardımın əhalinin ehtiyaclarını qarşılamadığını bildirib və İsrailin atəşkəs danışıqlarında qeyri-konstruktiv mövqe tutduğunu vurğulayıb.

Hakan Fidan bildiirb ki, İsrail Qəzza xalqına qarşı soyqırım siyasətini davam etdirir, bu da İsrail Baş naziri Netanyahu hökumətinin atəşkəslə bağlı ciddi bir niyyətinin olmadığını göstərir. O, İsrailin danışıqları uzatmaqla Qəzza xalqının müqavimətini qırmaq və onları vətənlərini tərk etməyə məcbur etmək istədiyini qeyd edib.

Nazir əlavə edib ki, İsrailin Qəzzalıları torpaqlarından çıxarmaq və İordan çayının qərb sahilini ilhaq etmək planları qəbuledilməzdir. O, Türkiyə olaraq, atəşkəs danışıqlarının davam etməsini dəstəklədiklərini vurğulayıb.

Fidan həmçinin bildirib ki, dünya ictimaiyyətində Fələstin xalqına dəstək günü-gündən artır və bu təzyiqlər nəticəsində daha çox ölkə Fələstin dövlətini tanımağa başlayıb, nəticədə İsrail beynəlxalq aləmdə getdikcə təcrid olunur.

Son olaraq, Fidan qeyd edib ki, Türkiyə Fələstin məsələsinə olan dəstəyini davam etdirəcək.

Qeyd edək ki, İsrail Qəzza zolağına BMT-nin humanitar yardımını dayandırıb və iki aydan çox müddətə yardım ləvazimatlarının ölkəyə girişini qadağan edib. Bu, bölgədə davam edən ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

Beynəlxalq ictimaiyyətin tənqidindən sonra İsrail hökuməti ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) bölgəyə yardım paylayacağını açıqlayıb.

Lakin mayın 27-də GHF-nin yardım səyləri başladığından bəri İsrail yardım paylanma məntəqələrində toplaşan fələstinli mülki vətəndaşlara atəş açaraq qırğınlarını davam etdirir. Fələstin Səhiyyə Nazirliyi dünən verdiyi açıqlamada yardım paylanması zamanı həlak olan fələstinlilərin sayının 1 330-a, yaralıların sayının isə 8 818-ə yüksəldiyini açıqlayıb.

Seçilən
7
turkic.world

1Mənbələr