AZ

13 yaşlı qızı zorla 40 yaşlı kişiyə ərə verdilər

525.az saytına istinadən ain.az xəbər verir.

Hindistanda 13 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kandivada əyalətində baş verib.

Bu il mayın 28-də qardaşı və anası ilə yaşayan 8-ci sinif şagirdinin atası yaşda olan Şrinivas Qoud adlı kişi ilə toyu olub. Toydan bir qədər sonra qızın müəllimi bu barədə xəbər tutub və əlaqədar qurumları məlumatlandırıb. Məsələyə dərhal reaksiya verən hakimiyyət orqanları 2 aylıq gəlini ər evindən götürərək psixoloji mərkəzə yerləşdiriblər.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb. Qızın anası, əri, toyun təşkilatçısı və nikahı bağlayan keşiş həbs ediliblər.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr