AZ

Kolumbiyanın sabiq Prezidenti ev dustaqlığına məhkum edildi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Kolumbiyanın sabiq Prezidenti Alvaro Uribe şahidlərə təzyiq və prosessual saxtakarlıqda təqsirli bilinərək 12 il ev dustaqlığı cəzası alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Caracol Radiosu” məhkəmənin qərarına istinadla məlumat yayıb.

Məhkəmə qərarına əsasən, Uribe həmçinin minimum aylıq əmək haqqının 2420,5 mislində cərimə ödəyəcək və 8 ildən çox müddətə dövlət vəzifəsində çalışma hüququndan məhrum edilib.

Bununla yanaşı, keçmiş Prezident prokuror Hilda Nino işi və şahid Harlington Mosqueranın ifadəsi ilə bağlı irəli sürülmüş daha iki ittiham üzrə bəraət qazanıb. Uribe cəzasını Antiokiya Departamentinin Rionekro şəhərindəki evində çəkəcək.

Qeyd edək ki, Alvaro Uribe 2002–2010-cu illərdə Kolumbiyanın Prezidenti olub. Onun hakimiyyəti dövründə həyata keçirdiyi “demokratik təhlükəsizlik” siyasəti ilə “FARC” kimi üsyançı qruplara qarşı sərt tədbirlər görülmüşdü. Tərəfdarları onu ölkəyə sabitlik və iqtisadi inkişaf gətirməkdə təqdir etsə də, tənqidçilər onu insan haqlarının pozulmasında günahlandırır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
globalinfo.az

1Mənbələr