AZ

Ona daha bir ölkənin vətəndaşlığı verildi - Foto

  Məşhur müğənni Dua Lipa Kosovo Respublikasının vətəndaşlığını alıb.

Axşam.az xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vyosa Osmani sosial media hesabında paylaşım edib.

O, Dua Lipanın ölkə tarixinin ən mühüm mədəniyyət xadimlərindən biri olduğunu bildirib.

Qeyd edək ki, müğənni Londonda doğulsa da, 11 yaşında ailəsi ilə birlikdə Kosovoya qayıdıb və bir neçə il orada qalıb.

 
Müğənni Kosovoya uzun illərdir paytaxt Priştinada təşkil edilən "Sunny hill" festivalı öncəsi gəlib. Onun da çıxış edəcəyi musiqi festivalı avqustun 1-3-də baş tutacaq.

Dua Lipa Britaniya pasportundan əlavə, üç il əvvəl aldığı Albaniya vətəndaşlığına da malikdir.  

Seçilən
18
referans.az

1Mənbələr