AZ

Medvedyevin açıqlaması Trampı hərəkətə keçirdi

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsi üçün əmr verib.

Sitat.info xəbər verir ki, Tramp bu qərarı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlamasından sonra atdığını bildirib.

“Bu qızışdırıcı bəyanatların daha çox ola biləcəyini nəzərə alaraq, mən iki atom sualtı qayığının müvafiq bölgələrdə yerləşdirilməsini əmr etdim”, - Tramp vurğulayıb.

Qeyd edək ki, daha öncə Dmitri Medvedyev X hesabında ABŞ Prezidenti Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı.

Seçilən
69
2
sitat.info

3Mənbələr