Nanter prokurorluğu məhkəmədən PSJ-nin müdafiəçisi Əşrəf Hakimiyə qarşı 2023-cü ildən zorlama işi ilə bağlı ittiham aktının təqdim edilməsini istəyib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Le Parisien” məlumat yayıb.
Mənbənin sözlərinə görə, istintaq hakimi yekun ittiham aktının şərtlərini təsdiq və ya təkzib etməli olacaq. Günahı sübuta yetirilərsə, mərakeşli futbolçunu 15 ilə qədər həbs cəzası gözləyir.
Hakimi cinayətdə 2023-cü ildə ittiham olunub. Həmin ilin dekabrında futbolçu müstəntiqin kabinetində ona qarşı ittiham irəli sürüldükdən sonra ilk dəfə zərərçəkmiş olduğu iddia edilən şəxslə görüşüb. PSJ-nin müdafiəçisi günahını inkar edir.