Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Instagram" olub.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, "Instagram"ın Azərbaycanın sosial şəbəkə bazarındakı payı 34,01% təşkil edib. İstifadəçi sayına görə, ikinci yerdə 31,73% payla "Facebook" qərarlaşıb.
Üçüncü ən çox istifadə edilən sosial şəbəkə 15,31% payla "Youtube" olub. Marqarita pizza
"X" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı 7,1%-ə çatıb. "Pinterest" sosial şəbəkəsi siyahıda 5-ci yerdə qərarlaşıb (illik 7,78%)
İstifadəçi sayına görə, altıncı yeri 2,56% payla "Reddit" və 1,18% bazar payı ilə "Linkedin" sosial şəbəkəsi yeddinci yerdə qərarlaşıb.