AZ

Robot tarixdə ilk dəfə universitetə qəbul olundu


Tarixdə ilk dəfə humanoid robot ölkənin aparıcı ali təhsil müəssisələrindən birində magistraturaya qəbul olunub.

Valyuta.az bu barədə "South China Morning Post"a istinadən xəbər verir. 

“Xueba 01” (“Süeba” - Çin dilindən tərcümədə “əlaçı” deməkdir) adlı bu robot Şanxay Elm və Texnologiya Universiteti ilə texnologiya şirkəti "DroidUp Robotics" tərəfindən hazırlanıb. O, 14 sentyabr tarixindən etibarən Şanxay Teatr İnstitutunda drama və kino ixtisası üzrə ənənəvi Çin operasına fokuslanan dördillik magistr proqramında təhsil alacaq. Bu təşəbbüs 27 iyulda keçirilən Beynəlxalq Süni İntellekt Konfransı çərçivəsində elan edilən akademik təşəbbüsə daxildir.

175 sm boyu və 30 kq çəkisi olan “Xueba 01” silikon dəri ilə örtülmüş insanabənzər üzü, mimika ifadələri və fiziki ünsiyyət imkanları ilə təchiz olunub. Robot artıq insan-maşın qarşılıqlı fəaliyyəti sahəsində potensialını nümayiş etdirib - aprel ayında Pekində keçirilmiş ilk humanoidlər arasında yarımmarafonda üçüncü yeri tutub.

Təhsil müddətində “Xueba 01” teatr dərslərində iştirak edəcək, məşqlərə və səhnə tamaşalarına qatılacaq, həmçinin magistr dissertasiyası üzərində çalışacaq. Layihənin rəhbəri institutun professoru və rəssamı Yan Tsin-tsin olacaq.

SCMP-nin məlumatına görə, robot artıq rəsmi tələbə bileti alıb. Sosial şəbəkələrdə isə “Xueba 01” təhsilini zarafatla belə şərh edib:

"Professor Yan dedi ki, əgər ali təhsil almasam, məni muzeyə verəcəklər. Bu da pis səslənmir. Heç olmasa, incəsənət tarixinin bir hissəsi olaram".




Seçilən
43
1
news24.az

2Mənbələr