AZ

“Trampın dövründə ABŞ-ı qaranlıq zamanlar gözləyir”BAYDEN

Donald Trampın yeni administrasiyası dövründə ABŞ-ı qaranlıq dövrlər gözləyir.

AzPost “Politico”ya istinadən bildirir ki, bu barədə sabiq prezident Bayden deyib.

Onun sözlərinə görə, ABŞ -da qanunun aliliyinə təhdidlər və vətəndaş azadlıqlarının aşınması təhlükəsi var. Keçmiş prezident deyib: “Baş vernlərə bəzək-düzək verə bilməzsiniz. Qaranlıq zamanlardır”.

Trampın birbaşa adı çəkməsə də Baydenin tənqidi açıq şəkildə Ağ Evin hazırkı rəhbərinə ünvanlanıb. Eyni zamanda, Bayden Konqresi fəaliyyətsizlikdə günahlandırıb və bildirib ki, ABŞ-ın yeni administrasiyası “tarixi silməyə” və onun və sələflərinin əldə etdiyi irəliləyişi lğv etməyə çalışır.

Bundan əvvəl Tramp ABŞ iqtisadiyyatındakı problemlərə görə Baydeni günahlandırmışdı.

AzPost.az

Seçilən
21
1
azpost.info

2Mənbələr