AZ

Azərbaycan filmləri endirimdə - “CineMastercard”da Milli Kino Günü » AzadMedia.az


Azərbaycan filmləri endirimdə - “CineMastercard”da Milli Kino Günü

CineMastercard Milli Kino gününü qeyd etməyə dəvət edir - Azərbaycan filmləri xüsusi qiymətlə!

2 avqust - Milli Kino Günü münasibətilə CineMastercard kinoteatrında xüsusi təklif olacaq: bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə! Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir.
Aksiya yalnız bir gün - 2 avqust 2025-ci il tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir.

Proqramda:

"Tağıyev: Çar" - Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün əhəmiyyətli hadisəyə çevrilib.

Rejissor: Zaur Qasımlı.

Rollarda: Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Rasim Cəfərov, Elşən Rüstəmov, Natəvan Hacıyeva, Sanan Əlləz.

"Qapı" - Yeni həyat uğrunda oğurluq etməyə qərar verən üç qohum haqqında maraqlı kriminal tragikomediya. Hər şey planlaşdırıldığı kimi getmir və onlar gərgin psixoloji mübarizənin başladığı bir evdə tələyə düşürlər.

Rejissor: Vüsal Əhmədzadə.

Rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev və İlkin Xəlil.

"Apatiya 2" - Anasını axtarmaq üçün uşaq evindən qaçan Akifin dramatik hekayəsi. Yolda o, cəmiyyətin biganəliyi və sərt reallıqla üzləşir. Film mühüm sosial və mənəvi məsələləri gündəmə gətirir.

Rejissor: Hikmət Rəhimov.

Rollarda: Tural Baxış, Şəhla Əligızı və Fuad Cabiyev.

"CineMastercard" kinoteatrı tamaşaçıları Azərbaycan kinosundan zövq almağa və milli kinematoqrafiyanın gücünü hiss etməyə dəvət edir.
Seçilən
54
5
azadmedia.az

6Mənbələr