Ajans.az Haber Global-a istinadən xəbər verir ki, bu barədə Adana valisi Yavuz Səlim Köşger məlumat verib. Onun sözlərinə görə, özəl aviasiya şirkətinə məxsus təyyarə yerli vaxtla 19:20-də eniş zolağında qəzaya uğrayıb. Təyyarədə olan iki nəfər yaralanıb. Xəsarət alanların vəziyyətinin ağır olduğu və xəstəxanaya aparıldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.