AZ

"Nyukasl" hücumçusunu yenə icarəyə göndərdi

İngiltərənin "Nyukasl" klubunun hücumçusu Antonio Kordero karyerasını Belçikanın "Vesterlo" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə komandanın rəsmi saytı məlumat yayıb.

18 yaşlı futbolçu 1 mövsümlük icarəyə verilib.

"Transfermakt" portalı ispaniyalının dəyərini 2 milyon avro qiymətləndirən Kordero bir ay əvvəl "sağanlar"a azad agent kimi qoşulmuşdu. Ötən mövsüm Kordero İspaniya Sequndasından "Malaqa"da çıxış edib. O, 40 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə verib. Onu da qeyd edək ki, bu il futbolçu İspaniyanın gənclərdən ibarət komandasının (U19) tərkibində Avropanın vitse-çempionu olub.

Seçilən
17
90deqiqe.az

1Mənbələr