AZ

Yekaterinburqda azərbaycanlıların bazarına yeni hücum – VİDEO

  Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının və diaspor üzvlərinin ticarətlə məşğul olduqları daha bir mini-bazar sökülüb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və ictimai rezonansa səbəb olub.

Məlumata görə, söküntü Ümumrusiya Korlar Cəmiyyətinin Mədəniyyət Evinin yaxınlığında yerləşən və əsasən azərbaycanlıların fəaliyyət göstərdiyi bazar ərazisində aparılıb. Həmin ərazidə ticarət edən şəxslərin böyük əksəriyyəti Azərbaycan əsilli sahibkarlardır.

Rəsmi qurumlar söküntünün səbəbləri barədə hələlik heç bir açıqlama verməyiblər. Lakin yerli mənbələrdə yayılan xəbərlərə görə, bu, təkcə şəhərsalma məsələsi deyil, həm də son aylarda azərbaycanlılara qarşı artan təzyiqlərin davamı kimi qiymətləndirilir. 

Xatırladaq ki, Yekaterinburqda azərbaycanlı diasporunun bir sıra liderləri və onların ailə üzvləri artıq bir müddətdir hüquq-mühafizə orqanlarının təzyiqləri ilə üz-üzədir. Onların bəziləri həbs olunub, bəziləri isə axtarışdadır. İndi isə növbə onların bizneslərinə çatıb.

Bu hadisə Rusiyada yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq yaradıb. Onlar baş verənləri “sistemli sıxışdırma” kimi qiymətləndirir və beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiya verməsini tələb edirlər./Musavat.com  

 


Seçilən
8
referans.az

1Mənbələr