AZ

Hava limanında qalmaqal: Kişi həyat yoldaşına yer vermək istəməyən qadını döydü - VİDEO

Boqota Beynəlxalq Hava Limanında kişi həyat yoldaşının yanında oturacaq üstündə mübahisə zəminində vəkilə hücum edib. Hadisə kütləvi davaya və polisin araşdırmasına səbəb olub.

 

Sfera.az bildirir ki, Kolumbiyanın paytaxtı El Dorado Beynəlxalq Hava Limanında münaqişə baş verib. Münaqişə neçə sərnişinin iştirakı ilə davaya çevrilib. Davaya səbəb gözləmə meydançasında oturacaq olub: həyat yoldaşına görə yerini vermək istəməyən qadını kişi vurub.
 

Təcavüzkar iş adamı Hektor Santakruz olub, o, dövlət podratçısı Klaudiya Sequraya yaxınlaşıb və onun həyat yoldaşı Karen de Santakruzun yanında otura bilməsi üçün onun yerini boşaltmasını tələb edib. Qadın imtina etdikdən sonra onların arasında söz davası yaranıb.
 

Zərərçəkmişin sözlərinə görə, münaqişə sürətlə böyüyüb. Santakruz hədələməyə başlayıb, telefonu Sequranın əlindən alaraq üzünə vurub. Onun sözlərinə görə, zərbənin gücü sırğasını itirməsinə səbəb olub. Videoda Sequranın yerdə uzandığı, hava limanının əməkdaşının ona kömək etdiyi görünür.
 

Münaqişəyə digər sərnişinlər müdaxilə edərək hücumçunu dayandırmağa çalışıblar. Bundan sonra polis Santakruzu terminaldan çıxarıb, həyat yoldaşı isə əşyalarını yığıb. Sequranın özü müayinə olunmaq üçün xəstəxanaya aparılıb.
 

Sequra hava limanında noutbukla olduğunu, iş gördüyünü və yeganə boş oturacaqda əyləşdiyini bildirib. Onun sözlərinə görə, Santakruzun həyat yoldaşı yalnız o əyləşdikdən sonra oturacağın rezerv edildiyini bildirib.
 

“O yaxınlaşıb “qalx, yoxsa səni qaldıraram” deyəndə telefonumla işimi bitirirdim. Sonra o, başqa bir sərnişindən bunu lentə almağı xahiş etdi”- Sequra bildirib.
 

Hadisə ictimailəşdikdən sonra Karen de Santacruz üzrxahlıq videosu çəkib. O, ərinin hərəkətlərini dəstəkləmədiyini, zorakılığı pislədiyini, bir qadın və “Xala” geyim brendinin yaradıcısı kimi dəyərlərinə zidd davranışlarına görə təəssüfləndiyini bildirib.
 

O, ictimai qınaqlara və biznesini boykot etmək çağırışlarına cavab verərək, "Baş verənlərə haqq qazandıra bilmərəm. Bu, səhv idi və mən susmayacağam" - deyə bildirib.

 

Aynil
 

Seçilən
17
1
sfera.az

2Mənbələr