İtaliyanın “Komо” klubunun yarımmüdafiəçisi Dele Alli karyerasını yekunlaşdırmaq barədə düşünür.
90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə,“Komо”nun baş məşqçisi Sesk Fabreqas ingilis futbolçuya növbəti mövsümdə əsas heyatda yer verməyi planlaşdırmır.
Buna görə də, 29 yaşlı futbolçu premyer-mövsümöncəsi matçların əsas heyətinə daxil edilməyib və hazırda əsas komandadan ayrı, digər ehtiyat oyunçularla birgə məşq edir.
Dele Alli 2025-ci ilin qışında İtaliya klubuna azad agent kimi qoşulmuşdu. Fabreqasın komandasında cəmi bir oyun keçirib. Alli əvvəllər “Tottenhem”, “Everton” və "Beşiktaş"da çıxış edib, eyni zamanda İngiltərə millisinin əsas yarımmüdafiəçisi olub.