AZ

ABŞ və Rusiya savaşacaq? - Medvedev "Rusiya İran və ya İsrail deyil" dedi, Tramp iki dənizaltı nüvə gəmisini yola çıxardı

"İki nüvə sualtı gəmini Rusiyaya yaxın uyğun ərazilərdə yerləşdirəcəyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin ultimatumuna cavabda deyib.

Tramp bildirib ki, Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son açıqlamaları təxribat xarakterli olmaqla, qızışdırıcıdır: “Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribatçı bəyanatlarından sonra iki nüvə sualtı qayığının müvafiq ərazilərə göndərilməsinə əmr verdim. Nüvə ilə bağlı sözlər vacibdir və bu, çox vaxt gözlənilməz nəticələr verə bilər. Ümid edirəm ki, bu, o vəziyyətlərdən biri olmayacaq".

Xatırladaq ki, Medvedev Vaşinqtonun Ukrayna siyasətinə görə Rusiya gah 50, gah da 10 gün vaxt verən Trampı tənqid atəşinə tutub: "50 gün və ya 10 gün... 

Tramp iki şeyi yadda saxlamalıdır: 

1. Rusiya İsrail və ya İran deyil. 

2. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Özü də Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə Rusiya arasında".

Firudin Səfərli
MİA.AZ

Seçilən
5
1
mia.az

2Mənbələr