AZ

Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdiFOTO

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

 

Qeyd olunub ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər yer alıb.

 

Gündəlikdə olan məsələlər üzrə Maliyyə naziri Sahil Babayevin, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

 

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.




 

Seçilən
35
49
senzor.az

10Mənbələr