AZ

Fransız hücumçu üçün danışıqlara başladı - Premyer Liqa klubu

PSJ-nin hücumçusu Randal Kolo Muani tezliklə “Tottenhem”ə keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu artıq fransalı forvardın transferi üçün Paris təmsilçisi ilə danışıqlara başlayıb.

Transferin dəyəri təxminən 50 milyon avro qiymətləndirilir.

Kolo Muani son mövsümün ikinci yarısını “Yuventus”da icarə əsasında keçirib.

Turin təmsilçisi onunla əməkdaşlığı davam etdirmək istəsə də, “Tottenhem” bu transferi həyata keçirməyə ciddi şəkildə hazırlaşır.

26 yaşlı hücumçu son mövsümdə bütün turnirlərdə 36 oyunda iştirak edib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.

Seçilən
5
sportinfo.az

1Mənbələr