AZ

İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb: ÖLƏN VƏ YARALANANLAR VAR

İraqın Salah-ad-Din əyalətində Samarradan Kərbəlaya gedən yolda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.

 

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran Qızıl Aypara Cəmiyyətindən məlumat verilib.

 

Məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 14 nəfər yaralanıb. Onlardan 4-ü baş, boyun və bel xəsarətləri ilə Əl-Kazimiyyə xəstəxanasına yerləşdirilib, 10-u isə xəsarətləri yüngül olduğundan  ambulator müalicə alır.

 

Ölənin cəsədi isə məhkəmə-tibbi ekspertizaya göndərilib.


Seçilən
21
4
senzor.az

5Mənbələr