Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" sənədli xronikası və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirmişdi. Məhz həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
1923-26-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino", "Azərkino", "Azərfilm", "Azdövlətkinosənaye", "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
10Mənbələr
-
1news.azBu gün Azərbaycan Kinosu Günüdür ( 19955951)
-
news24.azMilli Kino Günüdür ( 19946222)
-
adalet.azBu gün Azərbaycan kinosunun yaranma günüdür ( 19951790)
-
azadmedia.az2 avqust - Azərbaycan Kinosu Günüdür » AzadMedia.az ( 19950035)
-
baku.news2 avqust – Azərbaycan Kinosu Günüdür ( 19949924)
-
azpost.infoAzərbaycan Kinosu Günüdür ( 19949447)
-
cebheinfo.azAvqustun 2-si Azərbaycan Kinosu Günüdür ( 19949024)
-
sia.az2 avqust Azərbaycan Kino Günüdür ( 19948655)
-
ulusum.azAzərbaycan Kinosu Günüdür ( 19948385)
-
azadmedia.az2 avqust - Azərbaycan Kinosu Günüdür » AzadMedia.az ( 19948187)