AZ

ABŞ Rusiyaya qarşı nüvə sualtı qayıqları hərəkətə gətirdi

Medvedevin bəyanatlarına cavab olaraq iki sualtı qayığın müvafiq regionlara yerləşdirilməsi barədə göstəriş vermişəm.

Hurriyyet.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Qeyd edib ki, o, Medvedyevin açıqlamalarını ciddi hesab edir və iki nüvə sualtı qayığının Rusiya istiqamətində müvafiq regionlara yerləşdirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Trampın onun sözlərinə əsəbi reaksiya verdiyini bildirib. O əlavə edib ki, Rusiya öz yolu ilə getməyə davam edir. Trampın "Rusiyanın ölü iqtisadiyyatı" ifadəsinə də reaksiya verən Medvedev onu "yeriyən ölülər" və "ölü əl"in təhlükəsi barədə filmləri xatırlamağa çağırıb.

Seçilən
17
hurriyyet.az

1Mənbələr