Türkiyənin məşhur sənətçisi Bülent Ersoyun qeyri-adi davranışı ölkə gündəminə çevrilib.
Milli.Az bildirir ki, sənətçi Antalyadakı villasındaykən qəfil dönər istəyi yaranıb. Lakin o, adi dönərlə kifayətlənməyib, illərdir təkcə Ankarada dadına öyrəşdiyi dönəri istədiyini bildirib.
Ersoyun göstərişi ilə onun komandası dərhal Ankaradakı sevimli dönərçisinə müraciət edib. Restoran sahibi və aşpaz dönərlə birlikdə xüsusi təyyarə ilə Antalyaya gətirilib. Hazır dönər sənətçinin villasına çatdırıldıqdan sonra Bülent Ersoy sosial mediada "Dönər istədimsə, gələcək!" paylaşımı ilə diqqət çəkib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
