Nəsimi RİH-də növbəti qanunsuzluq halı baş verib. Aparılan qanunsuz tikintilərin "icazəsi" ilə yanaşı çoxmərtəbəli yaşayış binalarının zirzəmiləri qanunsuzoaraq icarəyə verilir.Və, bunada RİH-də müavinlə memar qazanc məqsədilə himayə etmədədiirlər.
Paytaxt.org-a daxil olan vətəndaş şikayətində bildirilir ki, Nəsimi rayonunu Hüseynbala Əliyev küçəsində 8 saylı binanın zirzəmisi 3 metir dəriniyində qazılaraq obyekt tikilir və aparılan qanunsuz tikintidən binada yaşayan sakinlər narazıdır. Onların sözlərinə görə, qanunsuzluq məlum binanın zirzəmisinin zəbt edilərək satılmasıdır.
Baş verən qanunsuzluqla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi eləcədə Fövqəladə Hallar Nazirliyi məsələyə biganə qalaqda davam edir. Hər zamankı kimi isə Nəsimi RİH məsuliyyətdən qaçmaqla kifayətlənir.
Əldə etiyimiz məlumata görə, Nəsimi RİH tərəfindən Elxan və Ədalət qardaşlarına satılan 8 saylı binanın zirzəmisinə icra hakimiyyətinin əsassız olaraq icarə sənədi verib və bna da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-ni də alət ediblər. Bu qanunsuzluq həm İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ eləcədə FHN tərəfndən təftiş ediləlidir. Çünki, Ədalət müəllim deyib ki, zirzəmini qardaşım və mənə Nəsimi RİH müəyyən məbləğə məcbur satıb, yoxsa başqasına satılacaqdı. Qeyd edək ki, zirzəmini alan Bialoji Təbabət mərkəzinin direktoru Elxan və qardaşı Ədalətdir.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində bir çox qanunsuz tikintiyə qanuni don geyindirən RİH-də müaviin və memarın olduğu iddia edilir. Deyilənə görə, həmin kabinet idarəçiləri imkanlı işbazlarla və həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul şəxsləri ilə də isti münasibətdədirlər.
Bildirək ki, hadisə yerndən çəkilən video görüntüləri və bəzi səs yazıların da təqdim etməyə çalışacağıq.
Ardı var
Paaytaxt.org