ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersonik ballistik raketdən istifadə edərək Tel-Əvivdəki Ben Qurion hava limanına hücum edib.
APA xəbər verir ki, bu iddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.
"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersonik ballistik raketdən istifadə edərək Lod hava limanına (Ben-Qurion) hücum edərək unikal hərbi əməliyyat həyata keçirib.", - o deyib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Yəməndən atılan raketin tutulması barədə məlumat vermişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.