ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların ticarətlə məşğul olduğu bazarın söküntüsünə başlanılıb.
Globalinfo.az-ın məlumatına görə, bazar Ümumrusiya Korlar Cəmiyyətinin Mədəniyyət Evinin yaxınlığında yerləşirmiş və uzun illərdir ki, burada əsasən azərbaycanlı sahibkarlar fəaliyyət göstəriblər.
Ərazidə fəaliyyət göstərən ticarət obyektlərinin əksəriyyəti kiçik bizneslə məşğul olan azərbaycanlılara məxsusdur. Söküntü qərarının səbəbi barədə rəsmi açıqlama verilməyib, lakin ərazidə çalışan sahibkarlar bu addımın onlar üçün ciddi iqtisadi zərbə olduğunu bildirirlər.
Hazırda yerli idarəetmə orqanlarından və şəhər rəhbərliyindən məsələyə dair münasibət gözlənilir. Söküntünün qanuni əsaslara söykənib-söykənmədiyi, əvəzləyici yerlərin təqdim olunub-olunmayacağı da hələlik bilinmir.
https://cdn.globalinfo.az/2025/08/IMG_5357-1.mp4
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.