Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Süni intellekt mütəxəssisləri tərəfindən yazılan AI2027 adlı araşdırma, süni intellektin 2027-ci ilə qədər nəzarətdən çıxacağını və 10 il ərzində bəşəriyyətin sonunu gətirəcəyini iddia edir.
Lent.az xəbər verir ki, BBC son aylar texnologiya dünyasında müzakirələrə səbəb olan bu ssenarinin nəticələri və bunun nə dərəcədə mümkün olduğu barədə ekspertlərlə müsahibə alıb.
AI2027 ssenarisinə əsasən, ABŞ-ın qondarma bir texnologiya şirkəti OpenBrain ümumi intellekt səviyyəsinə çatan süni intellekt texnologiyasını inkişaf etdirməyə müvəffəq olur.
Bu səviyyə süni intellektin ən azı insanlar kimi intellektual vəzifələri yerinə yetirmək qabiliyyəti deməkdir.
Şirkət bu inkişafı mətbuat konfransında elan edir və bu alətdən istifadə etməklə xeyli gəlir əldə etməyə başlayır.
Ssenariyə görə, şirkətin daxili təhlükəsizlik komandası inkişaf etdirdikləri süni intellektin müəyyən edilmiş etik və əxlaqi dəyərlərdən getdikcə daha çox kənara çıxan davranışlar nümayiş etdirdiyinin əlamətlərini görür.
Lakin təhlükəsizlik qrupunun xəbərdarlıqlarına məhəl qoyulmur.
Bu arada, Çinin ən böyük süni intellekt tərtibatçıları DeepCent adlı texnologiya ilə rəqabətə girirlər.
OpenBrain-dən cəmi bir neçə ay geri qalan Çin süni intellekti ABŞ hökumətini təşvişə salır. Vaşinqton bu yarışı uduzmaq istəmir və iş dayanmadan davam edir.
Ssenariyə görə, 2027-ci ilin sonuna qədər süni intellekt texnologiyası onun yaradıcılarının sürətini və biliyini üstələyərək yeni səviyyəyə qalxacaq.
Davamlı öyrənmə və özünün yüksək sürətli kompüter dilindən istifadə edərək, o, hətta əvvəlki süni intellekt alətlərinin nail ola bilmədiyi səviyyəyə çatacaq.
Çinlə süni intellekt yarışı ABŞ hökumətini və şirkəti inkişaf etdirdiyi süni intellektin insan maraqları ilə “uyğunsuzluqlarına” məhəl qoymamağa məcbur edəcək.
2029-cu ildə Çin və ABŞ arasında gərginliyin potensial müharibəyə çevriləcəyi və bu ölkələrin öz süni intellekt sistemləri tərəfindən istehsal edilən dəhşətli avtonom silahları olacağı proqnozlaşdırılır.
Tədqiqatçılar iki ölkənin süni intellekt sistemlərinin tapıntılarına əsaslanaraq sülh sazişi imzalayacağını proqnozlaşdırırlar.
Bu ssenariyə görə, dünyamız süni intellektin əsl faydalarını dinc bir mühitdə görəcək.
Biz əsas xəstəliklərin müalicəsinin tapıldığı, iqlim dəyişikliyinin dayandırıldığı və yoxsulluğun aradan qaldırıldığı illəri yaşayacağıq.
Bununla belə, bir çox tapşırıqların süni intellektə həvalə edildiyi və süni intellektin əvvəlkindən daha çox təkmilləşdirilmiş alətlərə malik olduğu vəziyyət bəşəriyyət üçün yeni təhlükələr yaradacaq.
Nəhayət, 2030-cu illərin ortalarına qədər bəşəriyyət süni intellektin daim irəliləyişinə qarşı həssas olacaq və tədqiqatçıların fikrincə, süni intellekt insanları görünməz bioloji silahlarla məhv etməyə başlayacaq.
Bəziləri AI2027-ni və onun qiyamət ssenarisini “elmi fantastika” kimi rədd etsə də, tədqiqatın müəllifləri süni intellektin təsirini proqnozlaşdırmaq üçün çalışan qeyri-kommersiya təşkilatı olan “AI Futures Project”də hörmətli şəxslərdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.