ABŞ-ın Montana ştatının Anakonda şəhərində baş vermiş atışma nəticəsində 4 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə şəhərin polis idarəsi məlumat yayıb.
“Polis Montana ştatının Anakonda şəhərindəki ziyafətdə bir neçə nəfərin güllələnməsi ilə nəticələnən atışma ilə bağlı araşdırma aparır”, – məlumatda deyilir.
NBC telekanalı atəşin səbəbkarı olduğu iddia edilən, yerli polis tərəfindən axtarılan 45 yaşlı Maykl Braunun fotosunu dərc edib.