AZ

Tramp Medvedevin sözlərinə atom sualtı qayıqları ilə cavab verdi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp iki atom sualtı qayığının Rusiya sərhədlərinə göndərilməsi barədə göstəriş verib.Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb."Hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatları ilə əlaqədar mən iki atom sualtı qayığının müvafiq ərazilərə göndərilməsini əmr etdim. Bu ehtiyat tədbiridir, çünki qızışdırıcı bəyanatların arxasında başqa nəsə ola bilər", - Tramp qeyd edib.Pentaqon sualtı qayıqların haraya göndərildiyini hələ ki, dəqiqləşdirməyib.Xatırladaq ki, bir neçə gün öncə Medvedev ABŞ liderinin Moskva ilə "ultimatum oyunu" oynadığını bəyan edib: "Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir" - Medvedev yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
demokrat.az

2Mənbələr