AZ

Ayrı düşən bacı qardaş 80 ildən sonra qovuşdu

525.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də dünyaya gəldikdən az sonra ayrı düşən bacı-qardaş 80 ildən sonra bir-birini tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 1946-cı ildə ayrı düşən Merian Qriffin və Donald Hefkedən gedir.

Uşaqlar övladlığa verilərkən Donald 1 yaş 8 aylıq, Merien isə 8 aylıq olub. Fərqli ailələrdə böyüyən uşaqların 80 il bir-birindən xəbəri olmayıb. Onların bacı-qardaş olmaları Qriffinin övladının DNK bazasında apardığı araşdırmadan sonra məlum olub.

Merien və Donald tapışsalar da, hələ tam qovuşmayıblar. Belə ki, biri Floridada, digəri Kaliforniyada yaşayır. Ancaq yaxın zamanda görüşməyi planlaşdırırlar.

Qeyd edək ki, bacı-qardaşın ayrı düşməsinə səbəb analarının psixoloji problemlər üzündən psixiatriya mərkəzinə yerləşdirilməsi, atalarının isə onlara baxmaq imkanının olmaması imiş.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
525.az

1Mənbələr