BAKI, 2 avqust. TELEQRAF
Bakının Xəzər rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
Teleqraf xəbər verir ki, yol nəqliyyatı hadisəsi Binə qəsəbəsində baş verib.
1959-cu il təvəllüdlü Dəmirova Şücaət Fərman qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.
Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.
Piyadanın vəziyyəti ağırdır.