BAKI, 2 avqust. TELEQRAF
Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Dmitri Polyanski dünya təşkilatı Katibliyinin müvafiq əməkdaşlarının ikiüzlülüyündən, eləcə də Ukrayna böhranından Qərb dövlətlərinin Təhlükəsizlik Şurasında siyasi istismarından danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası zamanı bildirib.
Diplomat deyib: “BMT Katibliyinin müvafiq əməkdaşları çox riyakar davranırlar, belə hallarda özlərini xəbərsiz kimi göstərməyə üstünlük verirlər və Ukrayna cinayətləri ilə bağlı məlumatların doğruluğunun yoxlanılmasının mümkünsüzlüyünə istinad edirlər”.
O qeyd edib ki, bu, dünya təşkilatının nüfuzuna xələl gətirir.