Braziliyalı tələbələr ABŞ prezidenti Donald Trampın Braziliya mallarına rüsum tətbiq etməsinə qarşı Rio-de-Janeyro və ölkənin digər şəhərlərində ABŞ konsulluğu qarşısında etiraz aksiyası keçirib.
APA xəbər verir ki, bu haqda G1 portalı məlumat yayıb.
Qeyd edək ki, çərşənbə günü Tramp Braziliyadan gələn məhsullara tətbiq olunan rüsumları 50%-ə qaldırmağı nəzərdə tutan sərəncam imzalayıb.
Lakin eyni zamanda təyyarə istehsalı, enerji və qismən kənd təsərrüfatı kimi strateji sektorlarda 700 istisnanın siyahısı da təqdim edilib.