AZ

22 yaşlı gözəlçə təndiqlərin hədəfində: “Dəhşətli görünür”

"Wednesday" serialının 22 yaşlı ulduzu aktrisa Cenna Orteqanın üzünə plastik əməliyyat etdirdiyi ehtimal olunur.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, aktrisa premyeraya iddialı geyimlə qatılıb. Əsasən də onun makiyajı diqqət çəkib.

Ancaq aktrisanın üzündəki dəyişiklik də pərəstişkarlarının diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə bir çox insan Orteqanın "bişektomiya" (yanaq incəltmə) əməliyyatı etdirdiyini iddia edib.

Aktrisanın fotolarının altına “Dəhşətli görünür”, “Üzünə nə etmisən?” kimi şərhlər yazılıb. Bəziləri isə “ümid edirəm ki, bu, sadəcə, pis makiyajdan qaynaqlanır”, - deyə bildiriblər.

Seçilən
8
publika.az

1Mənbələr