Yayda doğulmuş kişilər depressiyadan daha çox əziyyət çəkirlər
Publika.az "Daily Mail"ə istinadən zəbər verir ki, bunu Kwantlen Politexnik Universitetində aparılan yeni bir araşdırma sübut edib. Tədqiqat zamanı kişilərin dünyaya gəliş vaxtı ilə depressiya riski arasında mümkün əlaqə tapılıb.
Nəticələrə görə, yayda doğulan kişilərdə ilin digər vaxtlarında doğulanlara nisbətən depressiya əlamətləri daha çox olur.
Araşdırmada orta yaşı 26 olan 303 nəfər iştirak edib. Respondentlərin əksəriyyəti Cənubi Asiya, Avropa və ya Filippin əsilli olub.
İştirakçılar depressiya və narahatlığı qiymətləndirmək üçün standart psixoloji testdən keçiblər. Respondentlərin 84%-də depressiya əlamətləri, 66%-də isə təşviş pozuntusu olduğu müəyyən edilib.