İspaniya prokurorluğu "Real Madrid"in müdafiəçisi Raul Asensio üçün 2,5 il həbs cəzası istəyib .
Operativ Media xəbər verir ki, bu haqda "Cadena SER" məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı ispaniyalı razılaşdırılmış cinsi əlaqədə olan qızların şəxsi həyatına qarşı iki cinayətdə ittiham olunur. Açıqlamada iddia olunur ki, "Real Madrid"in gənclər komandasının üç futbolçusu qızlarla razılaşdırılmış cinsi əlaqədə olublar. Proses videoya çəkilib və üçüncü şəxslərə ötürülüb. Asensio bu səs yazılarını istəməkdə və dostuna ötürməkdə ittiham olunur. Hadisə 2023-cü ildə baş verib.
Mayın 15-də bildirildi ki, Asensio ittihamlardan təmizlənib, lakin videoya sahib olmaqda və onu üçüncü tərəfə göstərməklə videonu yaymaqda şübhəli olaraq qalır.