BAKI, 2 avqust. TELEQRAF
Ukrayna, Rumıniya və Moldova regional kiberalyans yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının saytında məlumat verilib.
Məlumata görə, kiberalyansın yaradılması üzrə məsləhətləşmələr keçirilib. Məqsəd ilk növbədə Rusiyadan gələn kiber və hibrid təhlükələrə qarşı praktiki əməkdaşlıqdır.
Alyansın rəhbər prinsiplərinə müttəfiqlərin milli təhlükəsizliyinə təhdid yaradan kiberhücumlara birgə reaksiya imkanları daxildir.