AZ

Azərbaycan qazı Suriyaya yönəlir: Bakı Yaxın Şərqə enerji körpüsü qurur

Bakı. Trend:

Bu gündən etibarən Azərbaycan təbii qazının Türkiyə ərazisindənkeçməklə Suriyaya ixracına başlanılır – bu, Azərbaycanın enerjisiyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edənmühüm addımdır. Yaxın Şərq bazarına çıxış tədarük marşrutlarınındiversifikasiyası imkanlarını genişləndirir, enerjitəhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir və əməkdaşlığın yeniistiqamətlərini açır.

Əgər bu vaxta qədər əsas diqqət Avropa istiqamətinəyönəlmişdisə, indi Azərbaycan qazı ənənəvi tədarük xəritəsindənkənara çıxaraq Yaxın Şərqə doğru yönəlir. Bu, təkcə yeni bir bazardeyil, həm də Azərbaycanın enerji sahəsində etibarlı vəproqnozlaşdırıla bilən tərəfdaş kimi artan nüfuzunungöstəricisidir.

Suriyaya qaz ixracı Azərbaycan ilə Türkiyə arasında mövcud olansıx enerji tərəfdaşlığı sayəsində mümkün olub. Bu münasibətlər özsəmərəliliyini artıq Bakı–Tbilisi–Ərzurum qaz kəməri (Azərbaycanqazının Qərbə ixracına təməl qoymuş layihə), Bakı–Tbilisi–Ceyhan(regionun ən böyük neft kəmərlərindən biri) və Cənub Qaz Dəhlizi(Xəzər regionundan Avropaya qaz nəqlini təmin edən strateji layihə)kimi genişmiqyaslı infrastruktur layihələri ilə sübut edib. İndiisə bu uğurlu əməkdaşlıq modeli yeni bir istiqamətdə – Yaxın Şərqdətətbiq olunur.

SOCAR ilə Suriya keçid hökuməti arasında Bakı səfəriçərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraatərəfindən imzalanmış qarşılıqlı anlaşma memorandumu yeni qazmarşrutunun başlanğıc nöqtəsinə çevrildi. Bu addım, uzun illərərzində Dəməşqdəki əvvəlki rejim səbəbindən dondurulmuş olanikitərəfli münasibətlərin bərpasını və yenilənməsinisimvollaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin Suriya rəhbəriilə keçirdiyi görüş Bakının Suriyanın bərpasına dəstək göstərməyəvə enerji, infrastruktur və təhlükəsizlik sahələrində əməkdaşlığıdərinləşdirməyə hazır olduğunu təsdiqlədi.

Suriya təkcə Azərbaycan qazının alıcısı kimi deyil, həm dəgələcək tədarüklər üçün, xüsusən də İordaniya və Misirə tranzitölkə rolunu oynaya bilər. Suriyanı İordaniya ilə birləşdirən qazkəməri əvvəlcə dağıdılsa da, onun bərpası mümkündür və bu,gələcəkdə qazın Şimali Afrikaya qədər çatdırılması üçün marşrutaçır.

Bununla yanaşı, Azərbaycan Yaxın Şərq ölkələrinə elektrikenerjisi ixracını da nəzərdən keçirir. Xəzərdən Avropaya qədər"yaşıl" enerji dəhlizinin yaradılması strategiyası artıq özeffektivliyini göstərməkdədir və bu təcrübə cənub istiqamətində dəuyğunlaşdırıla bilər. Bu yanaşma Azərbaycanın enerjidiplomatiyasına əlavə dərinlik verir – burada həm ənənəvi, həm dəbərpa olunan enerji mənbələri bir arada istifadə olunur.

Azərbaycan qazının Suriyaya ixracı sadəcə satış bazarınıngenişləndirilməsi deyil. Bu, Azərbaycanın texnoloji, siyasi vədiplomatik potensiala malik olan regional enerji mərkəzi statusunutəsdiqləyən mühüm geosiyasi və iqtisadi siqnaldır. Tədarükcoğrafiyasının genişlənməsi, regionun əsas ölkələri ilə əlaqələrinmöhkəmləndirilməsi, Türkiyə ilə uğurlu tərəfdaşlıq və dayanıqlıenerji təşəbbüslərinin irəlilədilməsi – bütün bunlar Azərbaycanınqlobal enerji arxitekturasında artan rolunu ön plana çıxarır.

Yaxın Şərq bazarına çıxmaqla Azərbaycan yeni mərhələyə qədəmqoyur – Avropaya yönəlmiş tədarükçüdən Şərq ilə Qərb arasındastrateji enerji körpüsünə çevrilir.

Seçilən
55
2
az.trend.az

1Mənbələr