AZ

Qollar var, qələbə yox

Yeni mövsümə hazırlaşan “Neftçi” Polşa toplanışını başa vurub. “Ağ-qaralar” dünən sonuncu yoxlama oyununa çıxıb və Kiprin AEL komandası ilə heç-heçə edib – 2:2.

Yeni mövsümdə iddialılar arasında olmağa çalışan paytaxt təmsilçisi Polşada 3 sınaq matçı keçirib. “Neftçi” AEL-dən öncə “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşıb və qələbə qazana bilməyib.

Yoxlama matçlarının hər birində fərqlənən “ağ-qaralar” Polşada qələbə qazana bilmədi. Məhsuldarlığı ilə seçilən komanda mövsümnöncəsi azarkeşlərinə ümid verməkdədir. Klubun televiziyasına açıqlama verən baş məşqçi Samir Abasov da toplanışdan razı qalıb və xüsusilə son görüşdəki performanslarını qabardıb.

Yoxlama oyunlarında qələbə önəmli deyil. Əsas olan Abasovun sərəncamındakı futbolçuları yoxlaması, taktiki planlarda müxtəlif gedişləri sınaması idi. Görünən odur ki, mütəxəssis hazırlıqdan razı qalıb.

Yeni mövsümün startına iki həftə vaxt qalıb. Avrokuboklarda mübarizə aparan “Sabah”, “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” rəsmi matçlarını keçirib və komandalar mövsümə artıq hazırdır. “Neftçi”nin çempionatda yuxarı pillələr uğrunda mübarizədə əsas rəqibləri məhz bu kollektivlər olacaq. Ölkə xaricində toplanış keçən azsaylı komandalardan olan “Neftçi”nin isə hansı vəziyyətdə olduğunu yalnız Premyer Liqanın ilk turunun “Şamaxı” ilə matçında görə biləcəyik.

Seçilən
11
1
futbolpress.az

2Mənbələr