BAKI, 2 avqust. TELEQRAF
Avqustun 1-dən 2-nə qədər Rusiya ordusu cəbhədə 1010 hərbçisini itirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində rusların 170 hərbi texnikası da məhv edilib.
Xəbərdə qeyd olunur ki, münaqişə başlayandan indiyə qədər Rusiyanın təxminən 1 milyon 55 min hərbçisi öldürülüb.