"Əl Nəsr"in rəhbərliyi bu yay "Mançester Yunayted"in portuqaliyalı ulduzu yarımmüdafiəçisi Brunu Fernandeşi transfer etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu 30 yaşlı portuqaliyalı futbolçunu heyətinə qatmaq üçün cəlbedici təklif hazırlayır. "Sportinq"də yarımmüdafiəçi ilə çalışmış "Əl-Nəsr"in yeni baş məşqçisi Jorje Jezuş Fernandesi israrla sərəncamında görmək istəyir.
Qeyd edək ki, portuqaliyalı ulduz hücumçular Kriştianu Ronaldu və Joau Feliks də “Əl-Nəsr”də çıxış edir.
Brununun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.
Xatırladaq ki, ötən mövsüm Brunu Fernandeş “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 36 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.
Mirağa