Premyer Liqanın debütantı “İmişli” heyətinə daha bir legioner cəlb edib. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Əyalət klubu braziliyalı Luiz Fernando Silvestr Juniorla 2 illik müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi vətənində “Atletiko Paranense”, “Mirassol” və “Sianorte” klublarında çıxış edib.