Bakı. Trend:
Ukrayna ilk dəfə olaraq Azərbaycan təbii qazını qəbul etməyəbaşlayıb - bu hadisə "mavi yanacağın" həcminin az olmasına rəğmən,çox güclü geosiyasi və geoiqtisadi mesaj daşıyır. TədarüklərTrans-Balkan magistral qaz kəməri vasitəsilə həyata keçirilir.Məzkur infrastruktur marşrutu Türkiyə, Bolqarıstan, Rumıniya,Moldova və Ukrayna ərazisindən keçir. Beləcə, Ukrayna müstəqillikəldə etdikdən sonra ilk dəfə Cənub qaz marşrutuna, yəni Xəzərregionuna çıxış əldə edir.
Qaz tədarükünə dair razılaşma Ukraynanın “Naftoqaz” millineft-qaz şirkəti ilə Azərbaycanın enerji nəhəngi SOCAR-ınUkraynadakı törəmə şirkəti "SOCAR Energy Ukraine" arasındaimzalanıb. “Naftoqaz”ın idarə heyətinin sədri Sergey Koretskininsözlərinə görə, hələlik söhbət pilot həcmlərdən gedğtsə də, əsasməsələ presedentin yaranmasıdır. "Bu addım uzunmüddətli əməkdaşlıqüçün yol açır. Enerji təhlükəsizliyimiz və tədarükündiversifikasiyası sistemində daha bir vacib elementdir", - deyəKoretski vurğulayıb.
Azərbaycan qazının ilk molekulları yeni marşrutla Ukraynayaiyulun 26-da daxil olub. “Naftoqaz” bu mərhələdə konkret həcm vəmüddət göstərilmədən test tədarükü həyata keçirildiyinitəsdiqləyir. Layihənin siyasi və iqtisadi əhəmiyyəti şübhədoğurmur.
Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturunu - xüsusənqaz hasilatı obyektlərini - daima hədəfə alındığı bir şəraitdəölkədaxili hasilat 30–40% azalıb. Əvvəlki qışlarda Ukrayna, əsasən,daxili qaz ehtiyatları hesabına tələbatı ödəyə bilirdi, lakin bu,yalnız istehlakın kəskin azalması sayəsində mümkün olub - xüsusilədə müharibə nəticəsində dağılmış ağır sənaye sahəsində.
“Naftoqaz”ın məlumatına görə, hazırda Ukrayna ildə 19,1 milyardkubmetr qaz hasil edir, ölkə üzrə ümumi tələbat isə 21,5 milyardkubmetr təşkil edir. Defisit kritik olmasa da, ehtiyat planlarınınolması vacibdir - xüsusilə payız-qış mövsümündə Rusiyanın yenihücumları təhlükəsi fonunda.
Mütəxəssislər Azərbaycanın Ukraynaya gündəlik qaz tədarüküpotensialını 3–5 milyon kubmetr civarında qiymətləndirirlər.Müqayisə üçün qeyd edək ki, Polşa, Macarıstan və Slovakiyadan birgəgündəlik idxal təxminən 26 milyon kubmetr təşkil edir. Əgər 2025-ciildə Bakı Ukraynaya cəmi bir neçə yüz milyon kubmetr qaz göndərəbilsə belə - bu, ciddi nəticədir. Çünki Azərbaycan uzunmüddətliixrac öhdəlikləri və məhdud sərbəst resurs fonunda bu addımıatır.
Amma məsələ rəqəmlərdə deyil. Azərbaycan qazının Ukraynabazarında peyda olması sadəcə kommersiya müqaviləsi deyil. Bu,Kiyev və Bakı arasında enerji həmrəyliyinin nümayişidir.
Ukraynanın energetika naziri Svetlana Qrinçuk tədarükləri “qışahazırlıq üçün həyati vacib element” adlandırır. O qeyd edir ki,Trans-Balkan marşrutu Kiyevə yalnız Azərbaycan qazına deyil, həm dəTürkiyə və Yunanıstan terminallarına daxil olan maye təbii qaza,Rumıniya və Bolqarıstanın dəniz yataqlarındakı hasilat potensialınaçıxış verir.
Azərbaycan qazının Avropaya ekspansiyası təəccüblü deyil - Bakı2020-ci ildən etibarən Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya,Yunanıstan və Bolqarıstana müvəffəqiyyətlə qaz ixrac edir. İndiUkrayna da bu coğrafiyaya daxil olur. Baxmayaraq ki, Trans-Balkanmarşrutu ilə logistika qonşu Aİ ölkələri ilə müqayisədə daha uzunvə mürəkkəbdir, SOCAR-ın Kiyevdə fiziki qazla mövcudluğu artıq birsimvoldur. Bu, Rusiyadan enerji baxımından asılılıqdan qurtulmanınsimvoludur. Yeni enerji alyanslarının simvoludur. Və bu müharibəninUkraynanı beynəlxalq enerji infrastruktur layihələrindənkənarlaşdıra bilmədiyinin bariz sübutudur.
Bu müqavilə Avropa enerji bazarındakı dərin transformasiya,Ukraynanın enerji infrastrukturuna risklərin artması vəAzərbaycanın müstəqil, etibarlı ixracatçı kimi rolunun yüksəlməsifonunda baş verir.
Əvvəlcədən görünən odur ki, bu, sadəcə test partiyasıdır. Lakinəslində bu, strateji əhəmiyyətə malik addımdır. Ukrayna ilk dəfəalternativ cənub marşrutu ilə, geosiyasi baxımdan riskli ərazilərikeçmədən qaz almaq imkanına çıxır. Azərbaycan qazı təkcə CH₄molekulları deyil - bu, Avropanın enerji arxitekturasının birhissəsidir. Bu, 1970-ci illərdə tikilmiş, lakin bu gününreallıqlarına uyğunlaşdırılmış Trans-Balkan marşrutunun işləkliyinitəsdiqləyir.
Transbalkan qaz kəməri - Türkiyə, Bolqarıstan, Rumıniya, Moldovavə Ukraynanı birləşdirən unikal infrastrukturdur. Onilliklərərzində bu kəmər əsasən Rusiyadan Cənubi Avropaya qaz tranziti üçünistifadə olunub. Lakin 2020-ci ildə “Türk axını” istismaraverildikdən sonra bu kəmər qismən boşaldı və texniki baxımdan əksistiqamətdə qaz nəqlinə yararlı hala gəldi.
İndi isə bu marşrut ilk dəfə Azərbaycan mənşəli qazın əksistiqamətdə nəqli üçün istifadə olunur. Əsas mənbə - Cənub QazDəhlizidir. Bu, Azərbaycan tərəfindən Avropa İttifaqı və beynəlxalqenerji şirkətləri ilə əməkdaşlıq şəraitində həyata keçirilənçoxmilyardlıq layihədir. Xəzər dənizindəki “Şahdəniz” yatağındanhasil olunan qaz SCP boru kəməri ilə Türkiyəyə, oradan TANAP və TAPvasitəsilə Avropaya çatdırılır. İndi isə əlavə bir marşrut -Balkanlar vasitəsilə Ukraynaya qədər açılıb.
Rəsmi məlumatlara görə, Ukraynada ümumi qaz hasilatı illik 19,1milyard kubmetr təşkil edir. Halbuki istehlak həcmi təxminən 21,5milyarddır. Bu fərq hazırda əsasən idxal hesabına ödənilir. Lakinson aylar ərzində Ukrayna Energetika Nazirliyi və “Naftoqaz”şirkətinin məlumatlarına əsasən, qaz hasilat infrastrukturu raketvə dronlarla həyata keçirilən hücumlar nəticəsində 100-dən çoxbirbaşa zərbəyə məruz qalıb. Yaranmış itkilər ümumi hasilat gücünün30–40%-ni təşkil edir ki, bu da qaz idxalını təkcə arzuolunandeyil, məcburi edir.
Ukrayna 2015-ci ildən bəri Rusiya qazı almır və daxiliehtiyatlar tükənib. Belə vəziyyətdə təchizatın diversifikasiyasıenerji təhlükəsizliyi məsələsinə çevrilib. Ukraynanın qaz idxalınınəsas hissəsi Polşa, Macarıstan və Slovakiyadan təmin olunur. Lakinbu, qeyri-sabit balansdır - Avropa bazarındakı konyunkturadan asılıvəziyyətdədir. Bu mənada, Cənubi Qafqazdan açılan əlavə təchizatkanalı Kiyevin manevr imkanlarını genişləndirir. Xüsusilə2024–2025-ci ilin qış mövsümü öncəsi - hansı ki, Ukraynahakimiyyətinin fikrincə, son illərin ən çətini ola bilər.
“Naftoqaz”ın məlumatına əsasən, 2025-ci ilin ilk rübündə şirkətartıq 1,5 milyard kubmetr qazın xaricdən alınması üzrə müqaviləbağlayıb və bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB)və Norveç hökumətindən təxminən 430 milyon avro maliyyə dəstəyicəlb olunub. Bu vəsaitin bir hissəsi məhz cənub marşrutu ilə qazalışı - o cümlədən, Azərbaycan qazı və perspektivdə Yunanıstan vəTürkiyədəki terminal vasitəsilə gətiriləcək maye təbii qaz üçünistifadə olunacaq.
... Azərbaycan ardıcıl olaraq enerji baxımındanməsuliyyətli aktor kimi öz mövqeyini gücləndirir. 2023-cü ildəAzərbaycanın qaz ixracı 23,8 milyard kubmetrə çatıb, bunun təxminən11,4 milyard kubmetri Avropaya göndərilib. 2024-cü ildə Bakı, ölkədaxilində artan istehlaka və İtaliya, Yunanıstan və Bolqarıstanlabağlanmış uzunmüddətli müqavilələrə baxmayaraq, öz öhdəliklərinəsadiqliyini bir daha təsdiqləyib. Ukraynaya tədarükün başlanması -bu, hər şeydən öncə siyasi iradə və operativ çevikliyingöstəricisidir.
"SOCAR Energy Ukraine" - Azərbaycanın enerji nəhəngi SOCAR-ınŞərqi Avropadakı ən fəal nümayəndələrindən biridir. Şirkət yalnızneft məhsulları və təbii qazın ticarəti ilə deyil, həm dəbazarların logistik və infrastruktur uyğunlaşdırılması iləməşğuldur. Məhz bu səbəbdən, Trans-Balkan marşrutu ilə ilk qazpartiyasının qısa müddətdə həyata keçirilməsi mümkün olub.
Ukrayna ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıqayrı-ayrılıqda qiymətləndirilmir - bu, Avropa İttifaqının birmənbədən asılılığın azaldılması üçün atdığı ümumi strategiyanın birhissəsidir. Avropa Komissiyası 2022-ci ildən Cənub Qaz Dəhlizinininkişafı istiqamətində fəal siyasət yürüdür. Brüssel və Bakıarasında 2022-ci ilin iyulunda imzalanmış sazişə əsasən, 2027-ciilə qədər Azərbaycanın Aİ-yə qaz tədarükü illik 20 milyard kubmetrəçatdırılmalıdır.
Müqayisə üçün: 2021-ci ildə Azərbaycan Avropaya təxminən 8milyard kubmetr qaz ixrac etmişdi. 2023-cü ildə bu göstərici artıq42% artmışdı. 2025-ci ilə qədər daha da artım gözlənilir.Azərbaycanın qaz təchizatında üstünlükləri təkcə fizikiəlçatanlıqla məhdudlaşmır - eyni zamanda siyasi etibarlılıq da əsasrol oynayır. Bakı heç zaman qazdan təzyiq və ya siyasi şantaj alətikimi istifadə etməyib. Məhz bu səbəbdən, Berlində, Brüsseldə vəRomada ona etibar edirlər.
İnfrastruktur baxımından da Cənub Qaz Dəhlizinin imkanlarıtükənməyib. TAP və TANAP boru kəmərlərinin genişləndirilməsi vəTrans-Balkan marşrutunun ötürücülük qabiliyyətinin artırılmasıistiqamətində müzakirələr aparılır. Bundan əlavə, Yunanıstan vəTürkiyədəki maye qaz terminalları ilə inteqrasiya məsələsi dəgündəmdədir. Bu isə Azərbaycan, Ukrayna, Rumıniya və Bolqarıstanıniştirak etdiyi yeni enerji habının yaranması üçün zəminyaradır.
Azərbaycan qazının Ukraynaya tədarükü sadəcə iqtisadi deyil,eyni zamanda strateji əhəmiyyət daşıyır. Xüsusilə indiki şəraitdə -Ukrayna sənayesi ağır dağıntılarla üzləşib, daxili istehlak isəkəskin şəkildə azalıb. “Naftoqaz”ın qiymətləndirməsinə görə, irisənaye müəssisələri - xüsusilə metallurgiya və kimya sektoru yafəaliyyətini tam dayandırıb, ya da “yaşamaq rejimində” işləyir. Bu,ümumi istehlakın azalmasına səbəb olub, lakin eyni zamanda yenirisklər yaradıb: iqtisadiyyat bərpa olunduğu təqdirdə, qaz tələbatıyenidən kəskin şəkildə artacaq və daxili ehtiyatlar yetərsizqalacaq.
Məhz bu səbəbdən Azərbaycanla əməkdaşlıq Ukraynanın gələcəkenerji bərpası üçün zəmin yaradır. Sənaye istehsalı və iqtisadifəaliyyət stabilləşdiyi anda, Ukrayna artıq şimal marşrutlarınabağlı olmayan, diversifikasiya olunmuş idxal infrastrukturuformalaşdırmış olacaq.
Bu kontekstdə SOCAR ilə “Naftoqaz” arasında imzalanmış razılaşmaQara dəniz və Xəzər regionunda yeni enerji oxlarının yaranmasıfonunda reallaşıb. Son illərdə Türkiyə, Azərbaycan, Bolqarıstan,Rumıniya və indi də Ukrayna arasında enerji sahəsində əməkdaşlıqgetdikcə sıxlaşır. Bu format gələcəkdə uzunmüddətli konsorsiumaçevrilə bilər - bir vaxtlar Aİ-də müzakirə olunan “qaz halqası”modeli ilə müqayisə oluna biləcək bir platformaya.
Kiyevlə Bakının qaz razılaşması Azərbaycanın xarici-iqtisadisiyasətinin müstəqil olduğunu bir daha nümayiş etdirir. Bakıgöstərir ki, təkcə mövcud müqavilələrlə kifayətlənmir, həm dəAvropa enerji məkanında öz iştirakını genişləndirməyə hazırdır -qarşılıqlı fayda əsasında. Digər tərəfdən, Ukrayna yalnız fizikiqaz deyil, həm də siyasi mesaj alır: Azərbaycan - həttaqeyri-sabitlik dövründə də əməkdaşlıq etməyə və resurs bazasınıpaylaşmağa hazır olan ölkədir.
Burada əsas vurğu - tədarüklərin şəffaflığı və mənşəyininautentikliyinə yönəlməlidir. Bəzi ekspert dairələrində, guya Rusiyaqazının Azərbaycan qazı kimi təqdim olunaraq re-eksport edilməsiehtimalı müzakirə olunurdu. Lakin SOCAR-ın birbaşa iştirakı vəqazın Bolqarıstan və Rumıniya üzərindən yeni marşrutla gətirilməsibu şübhələri əsassız edir. Marşrutun özü və test tədarükününformatı Rusiyanın ərazisindən tranzit ehtimalını istisna edir.
2025-ci ilin iyulunda Azərbaycan qazının Ukraynaya hətta kiçikhəcmlə tədarükü - enerji müstəqilliyinə, geoiqtisadi inteqrasiyayavə yeni alyansların qurulmasına doğru atılmış ilk real addımdır.Dağıdılmış infrastruktur, qaz defisiti, siyasi məhdudiyyətlər vəhərbi təhlükələr fonunda hər bir diversifikasiya mənbəyi həyatiönəm daşıyır.
Azərbaycan isə bu prosesi təkcə qaz tədarükçüsü kimi yox, eynizamanda enerji təhlükəsizliyinin memarı kimi aparır - Avropa,Qafqaz və Yaxın Şərq arasında strateji əlaqələri müəyyənləşdirənbir aktor kimi. Məhz belə tərəfdaşlıqlar XXI əsrin enerjisiyasətində qüvvələrin real yenidən bölüşdürülməsini müəyyən edir.Ukrayna bunun fərqindədir. Ona görə də real qaz, real marşrut vəreal geosiyasət üzərində qurulan dayanıqlı, praqmatik və qarşılıqlıfaydalı münasibətlərə üstünlük verir.
Moskva, təbii ki, Azərbaycanla Ukrayna arasında enerjiəməkdaşlığının güclənməsindən narahatdır. Amma artıq bu proseslərəmüdaxilə etmək gücündə deyil. Azərbaycan çoxvektorlu və praqmatikxarici siyasət yürüdür, enerji sahəsində şəffaflıq və bazarprinsiplərinə sadiqliyini qoruyur. Əgər Bakı Kiyevə qazla dəstəkverməyi məqsədəuyğun sayırsa - nə Moskva, nə Tehran, nə də Brüsselbuna mane ola bilər.
Azərbaycan qazının Ukraynaya tədarükü sadəcə boru və molekullardeyil. Bu, geosiyasi bəyanatdır. Bu, postsovet məkanında yenitəhlükəsizlik arxitekturasının göstəricisidir. Və çox güman ki,Ukraynanın bərpası və davamlılığı üçün həlledici rol oynaya biləcəkdaha genişmiqyaslı enerji tərəfdaşlığının başlanğıcıdır.