AZ

Son Xın Min 10 ildən sonra klubunu tərk edir

“Tottenhem”in cənubi koreyalı futbolçusu Son Xın Min klubdan gedəcəyini elan edib. Msport.az xəbər verir ki, o, Seulda “Nyukasl”la yoxlama oyunundan öncə keçirilən mətbuat konfransında bu məlumatı verib:

“Mətbuat konfransına başlamazdan əvvəl demək istəyirəm ki, bu yay klubu tərk etmək qərarına gəlmişəm. Klub bu məsələdə mənə dəstək olur. Bu, həyatımın ən ağır qərarı idi. Mənə inkişaf etmək üçün yeni mühit lazımdır. 10 il – böyük müddətdir. Mən şimali Londona 23 yaşım olanda gəlmişəm. Bütün azarkeşlərə təşəkkür edirəm”.

Qeyd edək ki, hücumçu 2015-ci ildən “Tottenhem”də çıxış edirdi. O, bu müddət ərzində yalnız bir titul – 2025-ci ildə Avropa Liqasını qazanıb. Onun London klubu ilə hələ 1 illik müqaviləsi var idi.

Seçilən
77
msport.az

1Mənbələr