ABŞ və NATO-ya üzv olan digər ölkələr Ukraynanın prioritet ehtiyaclarının olduğu siyahıdan ABŞ silahlarının alınması üçün yeni mexanizm hazırlayır.
Xezerxeber.az xəbər verir ki, bu barədə “Reuters“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kiyev 500 milyon dollarlıq silah yardımı paketləri ilə ehtiyac duyduğu silahlara üstünlük verməlidir.
NATO müttəfiqləri isə təşkilatın baş katibi Mark Rutte ilə koordinasiya əsasında bunun üçün vəsaiti kimin ayıracağına qərar verəcək.
Ehtimal olunur ki, bu yanaşma sayəsində alyans Ukraynanı 10 milyard dollar dəyərində ABŞ silahları ilə təmin edə biləcək.
Mənbələrdən birinin sözlərinə görə, bu, Avropa ölkələrinə ABŞ-dən daha tez silah almağa və uzun bürokratik prosedurlardan qaçmağa imkan verəcək.