Onun sözlərinə görə, müasir süni intellekt (Sİ) sistemləri özünün ilkin mərhələsindədir, lakin yaxın gələcəkdə onlar özbaşına məqsədlər qoya, qərarlar qəbul edə və uzunmüddətli planlar qura biləcəklər.
Ekspert vəziyyəti yüksək sürətlə uçuruma doğru hərəkət ilə müqayisə edib.
“Mən demirəm ki, biz maşını saxlaya bilməyəcəyik. Amma biz sadəcə olaraq, tam sürətlə uçuruma doğru irəliləyirik”, - Neyt Soares vurğulayıb.
Onun fikrincə, Sİ-nin qərar qəbul etmə proseslərinə nəzarətin mümkünsüzlüyü və onun sistemli şəkildə aldatma qabiliyyəti xüsusi təhlükə yaradır.
- Həqiqəti bilmək üçün heç bir imkanımız olmayacaq. Sİ-də bir çox daxili qərar qəbuletmə prosesləri artıq insanlar üçün anlaşılmazdır”,- nəşr ekspertdən sitat gətirir.
Qəzetin istinad etdiyi qorxulu ssenarilərdən biri də Sİ tərəfindən böyük şəhərlərin əhalisinin əksəriyyətini nəzərə çarpmadan yoluxdura bilən bioloji silahburaxa bilməsi ehtimalıdır.
Sahil İsgəndərov
AzVision.az