Bakı. Trend:
Avqustun 1-də jurnalistlər üçün təşkil olunan mediaturçərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) nəzdində fəaliyyət göstərən “Abşeron” mədə-bağırsaqtəyinatlı sanatoriyasının qapıları mətbuat nümayəndələrinin üzünəaçılıb.
Trend xəbərverir ki, Bakı şəhərindən kənarda, Mərdəkan qəsəbəsində yerləşən busanatoriya yalnız istirahət məkanı deyil, həm də müalicə vəreabilitasiya baxımından diqqətəlayiq yenilikləri ilə fərqlənməyəbaşlayıb.
Təbiətin sakitliyi ilə əhatələnmiş 16,9 hektarlıq ərazidəyerləşən sanatoriyada aparılan yenidənqurma işləri, ətraf mühitəzərər vurmadan, sanator-kurort ənənələrinə müasir nəfəs verməyihədəfləyib.
Sanatoriyanın binası əsaslı şəkildə təmir olunaraq üçmərtəbəlikompleksə çevrilib. Yeni infrastruktura daxil olan SPA mərkəzi,fizioterapiya kabinetləri, lazer və elektromaqnit terapiyasıbölmələri artıq fəaliyyətə başlayıb. Həmçinin, ultrasəs müayinəsi,quru hidromasaj, fitobar və digər bir çox funksional xidmətlər dəistifadəyə verilib. Jurnalistlərin müşahidə etdiyi əsas məqamlardanbiri isə yeni hotel otaqlarının istifadəyə verilməsi ilə bağlı idi– bu da təkcə müalicə deyil, həm də yüksək səviyyəli istirahətimkanlarını təqdim edir.
Mediatur zamanı jurnalistlərə açıqlama verən AHİK-in “Kurort”Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyevsanatoriyada artıq yalnız mədə-bağırsaq xəstəliklərinin deyil, eynizamanda, uroloji problemlərin də müalicəsinin mümkün olacağınıaçıqlayıb.
Onun sözlərinə görə, yeni tibbi avadanlıqlar və bu sahədəixtisaslaşmış mütəxəssislərin cəlb olunması ilə bu istiqamətdə dəkompleks xidmətlər göstəriləcək. Beləliklə, sanatoriyanın profiligenişləndirilərək, onu daha çox insan üçün cəlbedici və funksionaledir.
Burada ən diqqət çəkən məqam sanatoriyanın əvvəlki “putyovka”sistemindən fərqli olaraq, artıq həm təşkilatlar, həm də fərdişəxslər üçün əlçatan olmasıdır. Yəni istənilən vətəndaş istirahətvə müalicəni birləşdirən paketlərdən istifadə edə bilər. Bu daAHİK-in sanatoriyalarını daha açıq və cəlbedici etməklə bağlı sonillərdəki strategiyasının tərkib hissəsidir.
Çingiz Hacıyev qeyd edib ki, bu yenilənmə təkcə “Abşeron”laməhdudlaşmayacaq. AHİK-ə məxsus digər sanatoriyalarda – xüsusilə“Bilgəh”, “Günəşli” və “Naftalan” sanatoriyalarında da oxşaryenidənqurma və modernləşdirmə işləri aparılır. Məqsəd həm fiziki,həm də funksional baxımdan bu məkanları beynəlxalq səviyyəyəçatdırmaqdır. Beləliklə, Azərbaycanda kurort turizminincanlandırılması və yerli əhalinin keyfiyyətli tibbi xidmətəəlçatanlığının artırılması qarşıya qoyulan əsas vəzifələrsırasındadır.
Jurnalistlər sanatoriyada tətbiq edilən müasir tibbitexnologiyalarla tanış olduqca həm xidmətlərin genişliyi, həm dəinfrastrukturun səviyyəsi ilə bağlı müsbət təəssüratlarınıgizlətməyiblər. Onlar SPA kapsulalarda tətbiq olunan prosedurlarınbədənə rahatlaşdırıcı və stresazaldıcı təsirindən, eləcə də,sanatoriyanın ümumi sanitar-gigiyenik səviyyəsindən məmnunqaldıqlarını bildiriblər. Qonaqpərvərlik və personalın peşəkarlığıda diqqət çəkən amillərdən olub.
Bildirilib ki, 16,9 hektar ərazidə yerləşən və 212 çarpayılıqsanatoriyada iki yataq korpusu, bir müalicə korpusu, konfrans zalı,klub və rəqs meydançası vardır. Sanatoriyanın tibbi xidmətləriyüksək standartlara uyğun təşkil edilir. Müayinə otaqları müasirtibbi avadanlıqlarla təchiz olunub və peşəkar tibb personalıtərəfindən 30-dan artıq müalicə xidməti göstərilir. Bu xidmətlərəyod-brom vannaları, tübaj və parafin terapiyası, təbii palçıqlamüalicə, eləcə də, müxtəlif fizioterapiya prosedurlarıdaxildir.
Sanatoriyanın tibbi bazasında kliniki-diaqnostik laboratoriya,funksional diaqnostika bölməsi, müalicəvi bədən tərbiyəsi, masajotaqları və digər tibbi kabinetlər mövcuddur. Müalicə və qidalanmaprosesi isə müasir sanatoriya konsepsiyasına uyğun təşkil olunur.Sanatoriya ilboyu fasiləsiz fəaliyyət göstərir. İstənilən şəxsbirbaşa müraciət edərək, yerində ödəniş etməklə sanatoriyanınmüalicə və istirahət xidmətlərindən yararlana bilər.
Sanatoriyanın texniki infrastrukturu da yenidən qurulub. Beləki, elektrik təsərrüfatı tamamilə yenilənib, 550 kVA gücündəgenerator quraşdırılaraq dayanıqlı enerji təchizatı təmin edilib.Sanatoriyanın ümumi ərazisində daxili avtomobil yollarına asfaltörtük çəkilib, kanalizasiya sistemləri yenilənərək mərkəzikollektor şəbəkəsinə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fiinternet, IP telefoniya sistemi və təhlükəsizlik kameralarıquraşdırılıb. Yaşıllaşdırma işləri çərçivəsində həmişəyaşıl ağac vəkollar əkilib, suvarma sistemləri ilə təmin olunub.
Nəticə etibarilə, “Abşeron” sanatoriyası bu gün artıq yalnızənənəvi kurort deyil, müasir tibbin imkanlarından yararlanaraq,daha geniş auditoriyaya xidmət göstərməyi hədəfləyən kompleks birmüəssisəyə çevrilir. Bu yenilənmə ilk növbədə insan sağlamlığınınqorunması və rifahın yüksəldilməsinə yönələn bir addım olmaqlayanaşı, həm də ölkədə sağlamlıq turizminin inkişafına töhfə verəbiləcək potensiala malikdir. Belə təşəbbüslər həm sosial təminatbaxımından, həm də sağlam cəmiyyət quruculuğu istiqamətində mühüməhəmiyyət daşıyır.