AZ

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Bakı.Trend:

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edənsürücü həbs olunub.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindənyol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkətiştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada”markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininsürücüsü Fariz İsmayılov saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhədoğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinəzamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyənolunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtibedilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəməninqərarı ilə F.İsmayılovun sürücülük hüququ 2 il müddətinəməhdudlaşdırılıb və o, 60 gün inzibati qaydada həbs edilib.

Seçilən
18
41
az.trend.az

10Mənbələr