ABŞ Dövlət Departamentinin sözçüsü Tomas Tommi Piqott İranın Vaşinqtondan təzminat tələb etməsinə münasibət bildirib.
Referans xəbər verir ki, o, bu tələbi gülünc adlandırıb.
Piqottun sözlərinə görə, əgər İran rejimi doğrudan da maliyyəyə qənaət etmək istəyirsə, o zaman sabitliyi pozan fəaliyyətlərini, eləcə də nüvə proqramına vəsait ayırmağı dayandırmalıdır:
“Terrorçulara pul ödəməklə pul qənaət olunmur”, – deyə ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, İran bir müddət əvvəl ABŞ-dan müxtəlif siyasi və hərbi səbəblərlə bağlı kompensasiya tələb etmişdi./globalinfo
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta